"Oyundan razıyam, hesabdan yox" - Aftandil Hacıyev

8 Mart 2020 19:16 Səbail 754
"Oyundan razıyam, hesabdan yox" -  Aftandil Hacıyev

"Hər iki komanda oyuna ciddi hazırlaşmışdı. Matçı iki hissəyə bölərdim. İlk yarıda təşəbbüsə sahib olduq. Fasilədən sonra rəqib təşəbbüsü ələ keçirdi. Oyundan razıyam, hesabdan yox".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın 20-ci turunda evdə "Zirə"yə 1:3 hesabıyla uduzduqları görüşdən sonra mətbuat konfransında deyib.

O, daha sonra görüş haqda bunları bildirib: "Elçin Rəhimli ilk hissədə yaxşı oynadı. Onu gec əvəzlədiyimi düşünmürəm. Rəqib praktiki olaraq bütün qol şanslarından istifadə etdi.

Hər oyunu yüksək səviyyədə keçirmək mümkün deyil. Fasiləyədək epizodlarımızı gerçəkləşdirə bilsəydik, ikinci 45 dəqiqə fərqli bir istiqamətdə keçərdi".

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!