“Səbail”lə “Zirə”nin 11 "dava"sı

8 Mart 2020 15:40 Səbail 525
“Səbail”lə “Zirə”nin 11 "dava"sı

“Zirə” bu həftə Azərbaycan Premyer Liqasında növbəti oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, sözügedən komanda səfərdə “Səbail”lə görüşəcək.

“ASCO Arena”da baş tutacaq qarşılaşma iki rəqib arasında 11-ci çempionat matçı olacaq. İndiyədək komandalar 10 dəfə üz-üzə gəlib.

İlk dəfə 2017-ci ildə “Səbail”lə qarşılaşan “Zirə” bu oyunlarda üstünlüyə malikdi. 5 dəfə qalib gələn “qartallar” 2 heç-heçə edib və 3 dəfə uduzub. Rəqib qapısından 12 top keçirən “Zirə” futbolçuları 6 top buraxıblar.

“Zirə”nin vurduğu qollara 10 futbolçu imza atıb. Nicat Süleymanov və Xulio Sezar Rodriqes komanda yoldaşlarından daha çox – hərəyə 2 dəfə fərqlənib.

Komanda səfər oyunlarında da üstünlüyə malikdi. Əvvəlki 5 matçda üç qələbə qazanan “Zirə” iki dəfə uduzub. 4 qol vuran “qartallar” rəqib meydanında bir top buraxıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"