Konqo yığmasının yarımmüdafiəçisi “Səbail”də!

12 Fevral 2020 19:16 Səbail 640
Konqo yığmasının yarımmüdafiəçisi “Səbail”də!

Bu gün “Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Bayıl təmsilçisi Konqo Demokratik Respublikası yığmasının yarımmüdafiəçisi Lema Mabidi Çikitonu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. O, “Səbail”də 8 nömrəli formanı geyinəcək.

Mabidi son olaraq Mərakeşin “Raca Kasablanka” klubunda çıxış edib. O, karyerası ərzində ölkəsində “AS Vita Klub” və Tunisdə “Sfaksien”in də formasını geyinib.

2011-ci ildən Konqo millisinə dəvət alan yarımmüdafiəçi yığmada 23 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu