Rio Ferdinand "Səbail"in ulduzu haqda - "ÇƏKİNİRDİM"

26 Yanvar 2020 18:30 Səbail 1 244
Rio Ferdinand "Səbail"in ulduzu haqda -

İngiltərə millisi və "Mançester Yunayted"in sabiq müdafiəçisi Rio Ferdinand futbolçu karyerası ərzində qarşılaşdığı ən güclü yarımmüdafiəçilərin adlarını açıqlayıb.

Sportinfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, veteran oyunçunun ən yaxşılar arasında "Çelsi"nin keçmiş üzvü, hazırda "Səbail"də çıxış edən Maykl Essyenin də adını çəkib.

20 illik karyerasında bir çox ulduz futbolçuya qarşı oynayan Ferdinand qanalı ulduzu da fərqləndirib: "Onlar tükənməz gücləri hesabına komandalarını irəli apara bilirdilər. Mən Essyen, Yaya Ture və Çik Tiote kimi futbolçuluları nəzərdə tuturam.

Dahi futbolçular olublar. Onlar topa şığıyanda, istər-istəməz çəkinirdim. Düşünürdüm ki, top uğrunda mübarizəni udmaq üçün hər şeyə hazırdırlar. Xüsusilə də Ture və Essyeni fərqləndirərdim".

Digər Xəbərlər
Xəbər Lenti