"Məni məyus edən…"

23 Yanvar 2020 21:10 Səbail 942
"Məni məyus edən…"

"Bu oyun əvvəlkilərdən fərqləndi, futbolçularımız daha aktiv idi". Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib.

Antalyada təlim-məşq toplanışında olan “Səbail” növbəti növbəti yoxlama oyununa çıxıb. Paytaxt təmsilçisi Rumıniyadan “Voluntari” klubu ilə qarşılaşıb.

Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib - 2:2. “Səbail” bundan əvvəl Qazaxıstandan “Jetısu”ya 0:1, Ukrayna “Olimpik”inə isə 1:3 hesabı ilə uduzmuşdu.

Hacıyev hazırlığın gedişinin onu qane etdiyini bildirib: "Oyun planında artım artım hiss olunur. Çoxlu qol epizodları yaratdıq, ikisini dəyərləndirə bildik.

Güclü rəqibə qarşı bu cür oyun göstərmək məni sevindirir. Məni məyus edən asanlıqla qol buraxmağımız, fərdi səhvlərə yol verməyimizdir. Bu da məni vadar eləyir ki, indən belə müdafiə fazasına daha çox diqqət ayırım.

Komandam qarşıdakı günlərdə daha yaxşı forma yığacaq. Antalya toplanışının bizə mütləq faydası dəyməlidir. Mövsümün qalan hissəsinə fevralda start veriləcək. Həmin vaxtadək hazırlıq səviyyəmizi pik nöqtəyə yaxınlaşdırmalıyıq".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"