"Səbail" afrikalı futbolçuya İKİQAT maaş vədi verdi

22 Yanvar 2020 18:15 Səbail 1 244
"Səbail" afrikalı futbolçuya İKİQAT maaş vədi verdi

Qış fasiləsində "Sabah"dan ayrılan Hendrik Ekşteynin "Səbail"ə transferinin detalları məlum olub.

Sportinfo.az-ın məlumatına görə, cənubi afrikalı yarımmüdafiəçi "dənizçilər"lə "6 ay+1 il"lik müqavilə bağlayıb. 29 yaşlı oyunçu mövsümün sonuna kimi Bayıl təmsilçisində az maaşa oynayacaq.

Ekşteynə söz verilib ki, əgər yeni mövsümdən klubun maddi vəziyyəti düzəlsə, məvacibi 2 dəfə artırılacaq.

Afrikalı futbolçu çempionatın ilk hissəsini "Sabah"da keçirib. Yarımmüdafiəçi Premyer Liqada 13 oyuna 3 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti