"Səbail" Peyman Keşavarzin transferini açıqlayıb.
Sportinfo.az xəbər verir ki, klubun rəsmi "facebook" səhifəsinin paylaşdığı məlumatda oyunçu ilə mövsümün sonuna kimi müqavilə imzalandığı qeyd olunub.
"Traktor"un yetirməsi olan müdafiəçi ötən yay "Sumqayıt"la müqavilə bağlamışdı. Ancaq mövsüm ərzində iki komandada - Omanda “Yasan Al-Vaste” və Cənubi Azərbaycanda “Qosteriş Fulad”da çıxış etmiş futbolçunun "kimyaçılar"da oynaması hüquqi baxımdan mümkün olmadığı üçün onunla yollar ayrılmışdı.

