Cənubi azərbaycanlı müdafiəçi “Səbail”in oldu

22 Yanvar 2020 12:37 Səbail 1 111
Cənubi azərbaycanlı müdafiəçi “Səbail”in oldu

“Səbail” Hendrik Ekşteyendən sonra daha bir futbolçunu rənglərinə bağlayıb.

Sportinfo.az-ın məlumatına görə, Bayıl klubu Peyman Keşavarzla münasibətlərini rəsmiləşdirib. Onunla anlaşma mövsümün sonunadək nəzərdə tutulub.

O, ötən ilin əvvəlində “Sumqayıt”da da baxışda olmuş, hətta bu klubla müqavilə imzalamışdı. Lakin 6 ay + 1 illik kontrakta imza müdafiəçinin öncəki mövsümün gedişində artıq iki komandada (Omanda “Yasan Al-Vaste” və Cənubi Azərbaycanda “Qosteriş Fulad”) oynadığı üzə çıxınca, sumqayıtlılar bu transferdən imtina etmişdilər.

24 yaşlı Peyman Cənubi Azərbaycan nəhəngi “Traktor”un yetirməsidir. O, “Maşinsazi” və “İstiqlal”da da forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!