"Sabah" CAR-dan gətirdi və göndərdi, "Səbail" qaytardı

21 Yanvar 2020 22:07 Səbail 734
"Sabah" CAR-dan gətirdi və göndərdi, "Səbail" qaytardı

Mövsümün qalan hissəsinə hazırlığı davam etdirən “Səbail” daha bir futbolçunun keçidini həll edib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi cənubi afrikalı futbolçu Hendrik Eksteynlə müqavilə bağlayıb.

Amma tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb. 29 yaşlı yarımmüdafiəçi yeni komandasında 27 nömrəli formanı geyinəcək.

Eksteyn bu mövsümün əvvəlində “Sabah”a gəlsə də, bu komandada möhkəmlənə bilməmişdi. O, daha öncə karyerası ərzində yalnız yetirməsi olduğu “Kayzer Çifs”in şərəfini qoruyub. Eksteyn CAR millisində 2 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti