"Maykl Essyen millini çalışdıra bilər, amma..."

22 Yanvar 2020 21:30 Səbail 1 678
"Maykl Essyen millini çalışdıra bilər, amma..."

Qana millisinin sabiq baş məşqçisi Kvesi Appia yaxın gələcəkdə yığmanı çalışdıra biləcək potensial namizədlərin adlarını açıqlayıb.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, ötən ilin sonunda millidən ayrılan mütəxəssis Andre Ayyu, Asamoa Qyan və hazırda "Səbail"də çıxış edən Maykl Essyenin yaxşı məşqçi ola biləcəyini deyib:

"Məşqçi işləmək heç də hər futbolçuya xoş gəlmir. Çoxu hesab edir ki, bu peşədə həddindən artıq təzyiq var. Ona görə də baş qoşmaq istəmirlər.

Məsələn, Essyen kimi birisi yaxşı məşqçi ola, millini çalışdıra bilər. Amma yeganə problem ondadır ki, bir az qapalıdır. Oyunçulara yaxın olmağı öyrənməlidir".

Digər Xəbərlər
Xəbər Lenti