"Səbail" Rumıniya klubu ilə qollu heç-heçəyə razılaşdı

21 Yanvar 2020 19:05 Səbail 470
"Səbail" Rumıniya klubu ilə qollu heç-heçəyə razılaşdı

Antalyada təlim-məşq toplanışında olan “Səbail” bu gün növbəti yoxlama oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi Rumıniyanın “Voluntari” klubu ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.

"Səbail” bundan əvvəl Qazaxıstan “Jetısu”na 0:1, Ukrayna “Olimpik”inə isə 1:3 hesabı ilə uduzmuşdu.

"Səbail" – "Voluntari" 2:2
Qol: Ruslan Hacıyev, 21. Mirsayib Abbasov, 90.

Digər Xəbərlər
Xəbər Lenti