"Onun ayrılmasını eşidəndə, açığı, çox təəccübləndim"

19 Yanvar 2020 18:17 Səbail 1 284
"Onun ayrılmasını eşidəndə, açığı, çox təəccübləndim"

"Səbail" dövrələrarası fasilədə "Sabah"dan gedən Hendrik Ekşteynlə danışıqlara başlayıb.

Bu barədə Sportinfo.az-a komandanın baş məşqçisi Aftandil Hacıyev məlumat verib.

O bildirib ki, 29 yaşlı yarımmüdafiəçi sabah Antalyaya gələcək: "Dünən onu bizə təklif elədilər. Şərtlərimizi demişik. Hələ ortaq məxrəcə gəlməmişik. Ekşteyn burada oynamaq istəyirsə, klubumuzun maliyyə vəziyyətini nəzərə almalıdır. İki variant mövcuddur: ya mövsümün sonunadək müqavilə bağlayacaq, ya da ilyarımlıq.

Demişik ki, sabah gəlsin. Oturub üzbəüz bir də danışacağıq. Açığı, biz onu hələ yayda, avrokuboklardan əvvəl heyətimizə qatmaq istəyirdik.

Bəyəndiyim legionerdir. Onda dəvət göndərmişdik, şərtləri müzakirə edirdik. Birdən eşitdik ki, artıq "Sabah"a keçib. Azərbaycan çempionatını tanıyan legionerdir.

İndi Ekşteynə adaptasiya prosesini keçmək lazım gəlməyəcək. "Sabah"da çox yaxşı çıxış elədi. Onun "Sabah"dan ayrılmasını eşidəndə, açığı, çox təəccüblənmişdim. O, komandanın ən yaxşı legionerlərindən biri idi".

Cənubi Afrika Respublikasından olan Ekşteyn cari mövsümün ilk yarısında "Sabah" formasıyla 16 matça çıxıb (13 Premyer Liqa, 3 kubok). Afrikalı bu qarşılaşmalarda 3 qol vurub, 4 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!