“Səbail”in “Olimpik” saatı

18 Yanvar 2020 09:42 Səbail 666
“Səbail”in “Olimpik” saatı

Türkiyədə təlim-məşq toplanışında olan “Səbail” bu gün Antalya toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, Aftandil Hacıyevin çalışdırdığı paytaxt təmsilçisi bu dəfə Donetsk “Olimpik”i ilə üz-üzə gələcək.

Ukrayna klubu ilə görüş “Miracle Resort Hotel”in meydançasında keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə 18:00-da start veriləcək.

“Səbail” Antalyadakı ilk sınağında Qazaxıstanın “Jetısu” komandasına 0:1 hesabıyla uduzub. “Gəmiçilər” yanvarın 21-də “Voluntari” (Rumıniya), 25-də isə “Korona” (Polşa) klubları ilə də qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!