"Uduzsaq da, komandamdan narazı qala bilmərəm"

16 Yanvar 2020 21:55 Səbail 760
"Uduzsaq da, komandamdan narazı qala bilmərəm"

"Uduzsaq da, mən komandamdan narazı qala bilmərəm".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib.

Qış hazırlıqlarını Antalyada davam etdirən "dənizçilər" dünən ilk yoxlama matçına çıxıb. Bayıl təmsilçisi Qazaxıstandan "Jetisu" ilə qarşılaşıb və rəqib 1:0 qalib gəlib.

Hacıyev bildirib ki, hesaba baxmayaraq, futbolçular verdiyi tapşırıqları yerinə yetirib: "Mən onlara tapşırmışdım ki, hərəkətli olsunlar.

Komandadan yalnız bunu istəmişdim. Futbolçular da dediyimi etdilər. Əsas orta sahədə gedən, amma sürətli və çevik futbol izlədik. Bizim də fərqlənmək üçün şansımız az deyildi.

Rəqib əlinə düşən fürsəti dəyərləndirdi, biz yox. Hələ toplanışın əvvəlidir, bu cür oyunların hər biri təcrübədir. Meydana iki fərqli heyət buraxmışdım. Gələn oyunlarda da hamıya şans verəcəm".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!