"Maaşının azaldılmasına razı olmadı, biz də göndərdik"

15 Yanvar 2020 21:10 Səbail 1 991
"Maaşının azaldılmasına razı olmadı, biz də göndərdik"

"Klubumuzun maliyyə problemi ilə üzləşməsi heç kimə sirr deyil, maaşı yüksək olan futbolçuları saxlamaqda çətinlik çəkirik".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib.

"Dənizçilər" qış fasiləsində Ağabala Ramazanov, Mirabdulla Abbasov: Elvin Yunuszadə və İqor Korotetski ilə rəsmən vidalaşıb.

Daha 3-4 nəfər yol üstündədir. Vüqar Bəybalayev isə əvəzedici heyətə göndərilib: "Klub artıq əvvəlki maaşları verə bilmir.

Yaya kimi belə olacaq. Ümid edirdik ki, büdcə bir az düzələcək. Təəssüf ki, gözləntilərimiz doğrulmadı. Rəhbərlik mənə bildirib ki, çempionatın qalan hissəsində gənclərə şans vermək lazımdır.

Bir də ki, əsas heyətə düşməyən futbolçuların maaşına yenidən baxılır. Vüqar Bəybalayevə deyilib ki, aylığında güzəştə getsin.

O da cavab verib ki, bəzi problemləri var, indiki maaşının azaldılmasıyla razılaşa bilməz. Vüqar ümumi vəziyyəti nəzərə alsaydı, indi komandayla Antalyada idi".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"