“Sumqayıt”ı aldadan futbolçu “Səbail”də

13 Yanvar 2020 20:42 Səbail 2 764
“Sumqayıt”ı aldadan futbolçu “Səbail”də

“Səbail” Antalyada baxışa yeni futbolçular çağırıb. Bu haqda Sportinfo.az-a baş məşqçi Aftandil Hacıyev məlumat verib.

Yoxlanışa gələnlərdən biri ötən ilin əvvəlində “Sumqayıt”da olmuş, hətta bu klubla müqavilə imzalamış Peyman Keşavarzdır.

Lakin ”kimyaçılar”la 6 ay+1 illik anlaşmış müdafiəçinin keçən mövsümün gedişində artıq iki komandada (Omanın “Yasan Al-Vaste” və Cənubi Azərbaycanın “Gostareş Fulad” komandalarında) oynadığı üzə çıxınca, sumqayıtlılar bu transferdən imtina etmişdi.

24 yaşlı müdafiəçi “Traktor”un yetirməsidir. O, “Maşinsazi” və “İstiqlal”da da forma geyinib.

“Səbail”ə üz tutan digər futbolçu da iranlıdır. Yusef Seyedi “Göstəriş Fulad”, “Maşinsazi”, “Traktor” kimi Cənubi Azərbaycan klublarında forma geyinib. 24 yaşlı vingerin son komandası da “Maşinsazi” olub.

Seyedi İranın U-17 və U-20 yığmalarında da oynayıb. Hacıyev bildirib ki, Arazın o tayından gələnlər barədə qərarı yanıvarın 15-də "Jetisu" ilə keçirəcəkləri yoxlama görüşündən sonra verəcək.

Digər Xəbərlər
Xəbər Lenti