Azərbaycan klubu məşqçisinə bilet pulu vermədi, o da…

11 Yanvar 2020 22:23 Səbail 1 529
Azərbaycan klubu məşqçisinə bilet pulu vermədi, o da…

"Səbail" bir həftədir qış hazırlığına start verib.

Sportinfo.az-ın məlumatına görə, komandanın məşqçisi Emin Ağayev bu müddətdə düşərgəyə gəlməyib.

Ümumiyyətlə, ailəsi Rusiyada yaşayan mütəxəssis 3 həftədən artıqdır Bakıya qayıda bilmir. Buna səbəb klubun ona təyyarə bileti almamasıdır. Maliyyə problemi ilə üzləşən "dənizçilər" Aftandil Hacıyevin köməkçisinə görə əlavə ödəniş etməyib.

Məsələ ondadır ki, Ağayev bilet xərclərinə ayrılan kvotanı artıq keçib. Komanda sabah Antalyaya yola düşəcək, o isə öz cibinin puluna bilet alaraq, Rusiyadan birbaşa Türkiyəyə uçacaq.

Digər Xəbərlər
Xəbər Lenti