"Səbail"də yeni hücumçu - RƏSMİ

11 Yanvar 2020 18:14 Səbail 2 230
"Səbail"də yeni hücumçu - RƏSMİ

"Səbail" Rauf Əliyevin transferini açıqlayıb.

Sportinfo.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, "dənizçilər" "Neftçi"dən ayrılan hücumçu ilə müqavilə bağlayıb.

30 yaşlı forvard cari mövsümün sonuna kimi Bayıl təmsilçisinin formasını geyinəcək.

Millimizin keçmiş forvardı "ağ-qaralar"a ötən ilin yayında "Qəbələ"dən gəlmişdi. O, Bakı klubu ilə 1 illik müqavilə bağlasa da, etimadı doğrultmadığı üçün qış fasiləsində komandadan göndərildi.

Digər Xəbərlər
Xəbər Lenti
26 Avqust 18:10 Çək və bizə göndər!