"Səbail"in 2020-ci ildə ilk transferi - FOTO

10 Yanvar 2020 16:41 Səbail 1 136
"Səbail"in 2020-ci ildə ilk transferi - FOTO

"Səbail" heyətinə yeni futbolçu cəlb edib.

Sportinfo.az klubun rəsmi "facebook" səhifəsinə istinadən xəbər verir ki, "dənizçilər" "Keşlə"dən ayrılan Murad Qayalını transfer edib.

21 yaşlı müdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb. Murad həm də U-21 yığmamızın üzvüdür. O, "Səbail"in qış transfer dönəmində ilk transferidir.

Klub daha öncə Mirabdulla Abbasov ("Neftçi": İcarədən göndərilib), Ağabala Ramazanov ("Zirə") Elvin Yunuszadə və İqor Korotetski ilə yollarını ayırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti