Görün, Essyen bu dəfə Hacıyevdən nə xahiş etdi!

10 Yanvar 2020 14:58 Səbail 1 948
Görün, Essyen bu dəfə Hacıyevdən nə xahiş etdi!

"Səbail" bir neçə gündür qış hazırlığına başlasa da, Maykl Essyen yalnız dünən Azərbaycana gəlib.

Sportinfo.az-ın məlumatına görə, qanalı yarımmüdafiəçi Bakıya ayaq basar-basmaz klub nümayəndələri ilə görüşüb.

Aftandil Hacıyevin onunla yolları ayırmaq istəməsini özü üçün dəqiqləşdirən 38 yaşlı legioner bir xahişinin baş məşqçiyə çatdırılmasını istəyib.

Afrikalı məşhur müqaviləsinin bitməsinə 4 ay qaldığını, daha sonra kareyrasına birdəfəlik son qoyacağını söyləyib. Essyen bu arada komandadan uzaqlaşdırılmasının imicinə zərbə vuracağını iddia edib.

"Çelsi"nin sabiq ulduzu qarşıdakı həftələrdə daha çox çalışacağını, əvvəlki kimi şou tipli beynəlxalq tədbirlərə getməyəcəyini bildirib: "Mənə sonuncu dəfə şans verin".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"