“Səbail“ə Qaya(lı) lazım oldu

10 Yanvar 2020 09:37 Səbail 1 035
“Səbail“ə Qaya(lı) lazım oldu

“Keşlə” qış fasiləsi dönəmində daha bir futbolçusu ilə yolları ayırıb.

Paytaxt təmsilçisi gənc müdafiəçisi Murad Qayalının xidmətindən imtina edib. Tərəflər qarşılıqlı razılıq əsasında yollarını ayırıblar.

Sportinfo.az-ın məlumatına görə, 21 yaşlı müdafiəçinin yeni klubu artıq məlumdur. O, “Səbail“lə mövsümün sounadək anlaşıb. Bunu saytımıza “dənizçilər“in baş məşqçisi Aftandil Hacıyev də təsdiqləyib.

“Keşlə”də daha öncə gənc qapıçı Şahin Zəkiyevin yola salındığı rəsmən açıqlanmışdı. Həmçinin yarımmüdafiəçi Ziya Əzizovun da xidmətindən imtina olunub. Əvəzində paytaxt klubu yalnız Özbəkistanın “Bunyodkor” klubundan Şohruh Qadoyev transfer olunub.

Digər Xəbərlər
Xəbər Lenti