"Səbail"in təklifinə razı olmadı, transferə çıxarıldı

9 Yanvar 2020 15:30 Səbail 2 083
"Səbail"in təklifinə razı olmadı, transferə çıxarıldı

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev daha bir futbolçunun xidmətindən imtina edib.

Sportinfo.az-ın məlumatına görə, Vüqar Bəybalayev transferə çıxarılıb.

Son günə kimi Ağabala Ramazanov, Mirabdulla Abbasov və Elvin Yunuszadənin gedişi dəqiqləşmişdi. "Bakı"nın yetirməsi olan Vüqarın komandadan uzaqlaşdırılması iki səbəblə bağlıdır.

Birincisi əsas heyətə düşmək uğrunda rəqabəti uduzmasırsa, digər amil maaşının kifayət qədər yüksək – 6000 manat az olmasıdır.

Yarımmüdafiəçi əməkhaqqının azaldılması şərtiylə burada qalmağa razılaşmadığı üçün "dənizçilər"ə lazım olmayıb.

Digər Xəbərlər
Xəbər Lenti