"Səbail" Mirabdullanı "Neftçi"yə qaytardı - RƏSMİ

7 Yanvar 2020 15:25 Səbail 1 076
"Səbail" Mirabdullanı "Neftçi"yə qaytardı - RƏSMİ

Cari mövsümün əvvəlində icarə əsasında "Səbail"ə keçən Mirabdulla Abbasov "dənizçilər"dən ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi "instagram" səhifəsi məlumat yayıb. 24 yaşlı hücumçunun müqavilə ilə məxsus olduğu "Neftçi"yə qayıdacağı bildirilib.

Bayıl təmsilçisi 6 aylıq xidmətlərinə görə futbolçuya təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Mirabdullanın "Səbail"lə icarə müqaviləsi mövsümünün sonuna qədər idi.

Artıq "ağ-qaralar"ın rəsmi "facebook" səhifəsi də xəbəri təsdiqləyib: "Neftçi"nin yetirməsi Mirabdulla Abbasov doğma komandaya qayıdıb. 24 yaşlı hücumçunun “Səbail” klubu ilə icarə müqaviləsinə xitam verilib. O, “Neftçi”də 22 nömrəli formanı geyinəcək".

Digər Xəbərlər
Xəbər Lenti