Koçuk Qətərə gedir

6 Yanvar 2020 13:15 Səbail 568
Koçuk Qətərə gedir

Moldova millisinin Qətərdə keçirəcəyi təlim-məşq toplanışı üçün yekun heyəti açıqlanıb. Sportinfo.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Engin Fırat 21 nəfərlik siyahıda "Səbail"dən ayrılan Yevgeni Koçuka da yer verib.

Bu gün Qətərə yollanacaq moldovalılar yanvarın 9-da İsveçlə yoldaşlıq oyunu keçirəcək.

Qeyd edək ki, "Səbail"lə yollarını ayıran Koçuka Küveyt və Səudiyyə Ərəbistanından təkliflər var.

Digər Xəbərlər
Xəbər Lenti