Haqqında yalan yazıblar, deyir ki, getmirəm

5 Yanvar 2020 23:00 Səbail 1 614
Haqqında yalan yazıblar, deyir ki, getmirəm

Dünən Ukrayna mətbuatı "Səbail"ın qapıçısı Aleksandr Rıbka ilə bağlı növbəti xəbər yayıb.

Həmkarlarımız iddia edib ki, 32 yaşlı qapıçı Bakı klubundan ayrıla bilər, çünki o, karyerasını doğma ölkəsində davam etdirmək istəyir.

Onun Premyer Liqa təmsilçisi "Olimpik"ə transfer oluna biləcəyi vurğulanıb. A.Rıbka ötən ilin qışından "Səbail"də oynayır. O, mayda 2 illik yeni müqavilə imzalayıb. Adıçəkilən kiper vaxtilə "Şaxtyor", "Dinamo", "Obolon" klublarında çıxış edib.

Sportinfo.az-ın məlumatına görə, "Səbail" rəsmiləri yayılan xəbərlərə aydınlıq gətirmək üçün bu gün ukraynalı legionerlə görüşüb.

Maraqlıdır ki, qapıçı haqqında çıxan məlumatları təkzib edib və ölkəsindən heç bir klubla danışıqlar aparmadığını bildirib.

Rıbka "Səbail"dən ayrılmaq istəmədiyini, buradakı yaşayışının özünün və ailəsinin ürəyincə olduğunu, ümumiyyətlə, müqaviləsi bitənədək Azərbaycanda qalmağı planlaşdırdığını söyləyib.

Digər Xəbərlər
Xəbər Lenti