COP29

Azərbaycan klubunda baş məşqçi postuna namizədlər - Hər ikisi deyir ki...

11 Noyabr 01:20 Səbail 1 095
Azərbaycan klubunda baş məşqçi postuna namizədlər - Hər ikisi deyir ki...

Premyer Liqanın 12-ci turunda "Kəpəz"ə 0:1 hesablı məğlubiyyətin ardınca Şahin Diniyevin istefası "Səbail"in baş məşqçisi vəzifəsinin boş qalmasına səbəb olub.

Bayıl klubunu çalışdırmağa 3-4 namizədin adı hallansa da, siyahıya "Turan Tovuz"da köməkçi məşqçi vəzifəsində çalışan Cavid Hüseynov başçılıq edir.

Sportinfo.az xəbər verir ki, siyahıda "Kəpəz"in sabiq çalışdırıcıları Adil Şükürov və Tərlan Əhmədovun da adları hallanır.

Bu barədə oxu.az-a açıqlama verən Adil Şükürov klubdan təklif almadığını bildirib.

"Yerli mediada oxuduğum xəbərlərə görə, "Səbail"i Cavid Hüseynov çalışdıracaq. Mənə bu barədə heç bir təklif gəlməyib.

Klub rəsmiləri ilə heç bir danışığım da olmayıb. "Səbail"in icraçı direktoru Firuz Abdulla ilə danışıqlara başlamağımla bağlı xəbərlər isə əsassızdır.

Onunla yaxın günlərdə söhbətimiz olmayıb. Klub rəsmiləri məni baş məşqçi vəzifəsində görmək istəsələr və hansısa bir təklif gələrsə, dəyərləndirəcəyəm", - deyə A.Şükürov bildirib.

Sonuncu iş yeri "Kəpəz" olan Tərlan Əhmədov da indiyədək heç bir klubdan təklif almadığını bildirib.

"Kəpəz"dən ayrıldığım gündən bu yana heç bir klubdan təklif almamışam. Hətta klub rəsmiləri ilə telefon danışıqlarım belə olmayıb.

Gələcəkdə nə baş verəcəyini bilmirəm, amma hazırda mənim hansısa bir klubu çalışdırmaqla bağlı təklifim yoxdur", - deyə Tərlan Əhmədov bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Dekabr 18:10 Çək və bizə göndər!
13 Dekabr 11:20 Bu işdə uğur var!