Qara gündə olan “Kəpəz” Bayıldan gələn bu xəbərə mütləq sevinəcək

31 Oktyabr 2024 20:40 Səbail 2 370
Qara gündə olan “Kəpəz” Bayıldan gələn bu xəbərə mütləq sevinəcək

Premyer Liqanın 12-ci turunun ıən intriqalı oyunu Tovuzda baş tutacaq.

Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Kəpəz” bu mənada əsas rəqiblərindən olan “Səbail”i qəbul edəcək.

Bayıl təmsilçisi bu matçda üç aparıcı futbolçunun xidmətindən istifadə edə bilməyəcək.

Ayman Buali “Sumqayıt”la qarşılaşmada mövsümdə dördüncü sarı vərəqəni aldığı üçün cəzalı duruma düşüb.

Gitay Sofirlə Madi Queta isə zədəli olduqları üçün həftəiçi kollektiv məşqlərdə iştirak edə bilməyiblər.

Noyabrın 3-də Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Xəbər Lenti
23 Oktyabr 18:10 Çək və bizə göndər!
23 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Oktyabr 01:50 Kim güldü, kim üzüldü?