Ölkəmizə gəldi, gördüklərindən şoka düşdü: “Bu dərəcədə gözləmirdim”

5 Sentyabr 2024 20:20 Səbail 2 092
Ölkəmizə gəldi, gördüklərindən şoka düşdü: “Bu dərəcədə gözləmirdim”

“Səmimi desəm, Azərbaycan və Bakı haqda xoş sözlər eşitmişdim.

Bilirdim ki, çempionat da gərgin və maraqlı keçir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında dilə gətirən “Səbail”in yarımmüdafiəçisi Kitay Sofir karyerasını Azərbaycanda yox, başqa ölkədə davam etdirə bilərmiş.

Lakin israilli legioner Çexiya və Kiprdən aldığı təkliflərə yox, “dənizçilər”in çağırışına müsbət cavab verib.

Bu işdə ona “Səbail”in sabiq oyunçusu kömək edib. Kitay bura gələndən sonra gördüklərinə yaxşı mənada təəccüblənib.

“İndiyə qədər gördüklərim sadəcə, möhtəşəmdir. Bu dərəcədə əla olacağını gözləmirdim, açığı.

Heç nədən narazılığım yoxdur. Və bu seçimi etdiyimə görə məmnunam. İstər ölkə barədə olsun, istərsə də insanlarla.

Ötən il “Səbail”də oynamış Yadin Luqasi ilə yaxın dostuq. Onunla söhbətdə məni Azərbaycana getməklə peşman olmayacağıma inandırdı”.

HƏBİB

Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”