Keniyalı hücumçubu da burada saxlaya bilmədilər

15 İyul 2024 19:20 Səbail 1 356
Keniyalı hücumçubu da burada saxlaya bilmədilər

“Səbail”də növbəti ayrılıq baş verib.

Sportinfo.az xəbər verir ki, keniyalı futbolçu Ayub Masika paytaxt klubundan ayrılıb.

32 yaşlı hücumçu bu barədə öz İnstaqram hesabında bildirib. Afrikalı forvard komanda ilə vidalaşıb.

2024-cü ilin yanvar ayından “Səbail"də çıxış edən Ayub Masika “dənizçilər”in heyətində 16 rəsmi oyunda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!