Avropa çempionunu Azərbaycanda oynamaq üçün kimə zəng edib? - MÜSAHİBƏ

17 Fevral 19:20 Səbail 1 450
Avropa çempionunu Azərbaycanda oynamaq üçün kimə zəng edib? - MÜSAHİBƏ

“Səbail”in son transferi Süleyman Alluş Sportinfo.az-a müsahibə verib.

2019-cu ildə Niderlandın U-17 millisinin heyətində Avropa çempionu olmuş 22 yaşlı yarımmüdafiəçi bir sıra sualları cavablandırıb.

- “Zirə”yə 0:3 hesablı məğlubiyyətdən sonra ölkə kubokunda mübarizəni dayandırdız. Oyundan əvvəl bu cür hesabla uduzacağınızı təsəvvür edə bilərdin?

- Xeyr. Bura qələbə dalınca gəlmişdik. Rəqibi təhlil etmişdik, matça yaxşı hazırlaşmışdıq. Bu gün öz səhvlərimiz ucbatından uduzduq. Xətlərarası əlaqəni yaxşılaşdırmalı, topla kombinasiyalı oynamalıyıq.

- Bu cür yenilgidən sonra “Kəpəz”lə görüşə necə hazırlaşacaqsınız?

- Bu, ölkə kubokunun oyunu idi, “Kəpəz”lə matç çempionat qarşılaşmasıdır. Birini digərinə qatmamalıyıq. Kubokda mübarizəni dayandırandan sonra tam gücümüzlə Premyer Liqaya köklənməliyik. Mütləq və mütləq qələbə qazanmalıyıq.

- İlk dəfə legioner həyatı yaşayırsan. Yeni ölkə, yeni mühit, yeni komanda. Özünü necə hiss edirsən?

- İstər komandanın daxilində, istərsə də gündəlik həyatda hər şey möhtəşəmdir. Bakıya yeni gəlmişəm, 10 gün olar. Uyğunlaşma dövrünü tez başa vurmalıyam ki, komandama tam gücümlə kömək edə bilim. Zamanla futbolçu yoldaşlarımı tanıyıram. Onların xarakterini, oyun üslubunu, davranışını tam dərk etməyə çalışıram. Uğurlu olacağıma inanıram. Çünki burada məni narahat edən heç nə yoxdur.

- “Səbail”ə gələnə qədər ölkəmiz və futbolumuz haqda nə bilirdin?

- Hazırda komanda yoldaşım olan Anas Najahı Niderlanddan tanıyıram. Birinci Liqada bir-birimizə qarşı çox oyunlar keçirmişik. “Səbail”dən təklif gələndə Anasla əlaqə saxlayıb maraqlandım. Mənə çox xoş sözlər dedi və Azərbaycana gəlməyi tövsiyə etdi. Ən kiçik detallara kimi mənə başa salırdı. Karyeramda yenilik etmək məqsədi ilə “Səbail”i seçdim və buna görə peşman deyiləm.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti