“Ciddi nəticə istəyiriksə...” - “İstanbulspor”dan bura gələn

19 Sentyabr 23:40 Səbail 283
“Ciddi nəticə istəyiriksə...” - “İstanbulspor”dan bura gələn

“Turan Tovuz”la “Qarabağ”ı udandan sonra komandada motivasiya yüksək idi.

Gəncəyə növbəti qələbəmizi qazanmaq üçün gəlmişdik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail”in bosniya və herseqovinalı legioneri Adi Mehremiç komandasının “Kəpəz” üzərində qalibiyyətini şərh edərkən deyib.

Ötən mövsüm Super Liqa təmsilçisi “İstanbulspor”un uğurları üçün tər tökən 31 yaşlı mərkəz müdafiəçisi böyük hesablı qələbədə vurulan erkən qolun vacib yer tutduğunu gizlətməyib:

“Məqsədimiz ilk dəqiqələrdən hücum edərək qol vurmaq idi. Buna da nail oldu.

Xatırlayırsınızsa, “Turan Tovuz”la görüşdə də matçın əvvəlində hesabı açmışdıq. Erkən qol işimizi asanlaşdırdı.

O qolu vurmasaydıq, işimiz çətin ola bilərdi. Düzdür, ikinci hissədə rəqib təzyiqi artırmışdı, lakin biz təcrübəmiz hesabına 2:0-ı qoruduq, ardınca daha 1 qol vurduq.

Hansısa arxayınlıqdan söhbət gedə bilməz. Ciddi nəticə istəyiriksə, son tura qədər belə oynamalı, sayıqlığı əldən verməməliyik”.

12 illik futbolçu karyerasında 11 müxtəlif ölkədə top qovan Adi Mehremiç cari mövsümdə “Səbail”in heyətində 5 oyunu əvəzlənmədən keçirib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:50 Bir səhvdən sonra… VİDEO
24 Sentyabr 20:00 Çək və bizə göndər!
24 Sentyabr 16:30 "Difai"dən MARAQLI VİDEO
24 Sentyabr 16:05 Niyə Kamran Quliyev yox, o?
24 Sentyabr 14:25 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 11:05 İşiniz yağ kimi gedəcək!
24 Sentyabr 02:30 Millimiz yenə uduzdu