Azərbaycan klubunun saxta qəhrəmanlığı

25 May 2023 22:20 Səbail 2 488
Azərbaycan klubunun saxta qəhrəmanlığı

“2022/2023-cü illər mövsümünün SON OYUNU. Rəqibimiz "Şamaxı" komandasıdır. Hər şey "ASCO Arena"da həll olunacaq!”

“Səbail” klubunun sosial şəbəkələrdəki rəsmi hesabından bu başlıqlı postu oxuyanda düşündüm ki, komanda avrokubokalara gedir, ya da ölkə kubokunda final oynayır, amma bizim xəbərimiz yoxdur.

Hər halda girişdəki bər-bəzəkli təqdimat bir anlıq yuxu effekti yaratmağı bacardı.

Davamında həmin yuxudan ayıldım / ayıltdılar – “SİZİN dəstəyinizlə BİZ Premyer Liqada mübarizəmizə davam edəcəyik!”.

Ümumiyyətlə, Bayıl təmsilçisi son turlar elə ab-hava yaradıb ki, sanki elitada qalmaq vəzifəsini yerinə yetirmək böyük qəhrəmanlıqdır.

Qazanılan hər xal ictimaiyyətə elə ajotajla təqdim olunur ki...

Biri çıxıb bunlara başa salsın ki, ikinci “beşlik”də ən böyük büdcə sizdədir.

Ən bahalı legionerlər sizdədədir. Sayı da nə az, nə çox 9 nəfər.

Elə ən bahalı yerlilər də sizdədir.

Gərək bu komanda indi 4-cü pillə üçün döyüşərdi. Ən pis halda ilk “altılıq”da mütləq qərar tutmalıydı.

Elə qışda tələm-tələsik Mahmud Qurbanovla yolları ayırıb, Şahin Diniyevi boşalan posta təyin etməkdə də məqsəd bu idi.

Amma komanda son turda sonuncu olmamaq üçün meydana çıxacaq. Rəqib isə bütünlüklə yerlilərdən ibarət “Şamaxı”dı. Ən çox maaş alan 2-3 futbolçusunun ümumi qiymətinə paytaxt klubunda bir legioner tapmaq olar.

Belə məqamda utanmaq hissi yaxşı şeydi, amma gərək ola da.

XANOĞLAN İMANOV

Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da