"Kəpəz"dən söz-söhbətlə ayrıldılar, bu klubun qapılarını üzlərinə açıldı

8 Mart 2023 15:00 Səbail 2 402
"Kəpəz"dən söz-söhbətlə ayrıldılar, bu klubun qapılarını üzlərinə açıldı

Bu ilin yanvarında «Kəpəz»dən qalmaqallı şəkildə ayrılan və futbolçu karyerasını bitirən Əfran İsmayılov və Rauf Əliyev yeni dəvət gəlib.

Millinin sabiq oyunçularına «Səbail»də məşqçi kimi çalışmaq təklif olunub.

Maraqlıdır ki, iki ay öncə butsılarını mıxdan asan cütlüyə bu çağırışı adıçəkilən klubun rəhbərliyi etməyib.

Təklif AFFA-nın sabiq icraçı vitse-prezidenti və baş katibi, hazırda isə FİFA-nın Paris ofisində çalışan Elxan Məmmədova məxsusdur.

İsmayılovla Əliyevin ötən mövsüm «Səbail»in formasını geyinməsini xatırladaq. «Qarabağ»ın yetirmələri iki sezon «dənizçilər»in sıralarında yer alıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti