YÜZ - Premyer Liqa klubu kapitana simvolik hədiyyə verdi

10 Dekabr 2022 03:00 Səbail 554
YÜZ - Premyer Liqa klubu kapitana simvolik hədiyyə verdi

Ötən tur “Səbail”in heyətində Premyer Liqada 100-cü oyununu keçirən Rahid Əmirquliyevə klub tərəfindən simvolik hədiyyə verilib.

Sportinfo.az xəbər verir ki, bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb.

Təcrübəli futbolçuya “Səbail”in üzərində “100” yazılmış forması təqdim olunub.

Rahid 2018/19 mövsümündən etibarən “Səbail”də çıxış edir. O, “dənizçilər”in heyətində sözügedən mövsümdə ölkə çempionatının bürünc mükafatçısı olub.

Rahid Premyer Liqada bu komandanın heyətində 100-cü oyununu keçirən ilk futbolçudur.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?