Kapitan düzünü danışdı – Onu niyə oynatmırlar?

5 Dekabr 2022 20:00 Səbail 498
Kapitan düzünü danışdı – Onu niyə oynatmırlar?

Rahid Əmirquliyev, deyəsən, tədricən “Səbail”dəki mövqeyini geri qaytarır.

Belə ki, uzun müddətdən sonra ardıcıl iki oyundu baş məşqçi Mahmud Qurbanov ona əsas heyətdə güvənir.

O, ötən tur "Neftçi" ilə oyunda (1:3) 90 dəqiqə meydanda oldusa, bu tur "Qəbələ" səfərində (1:2) 81-ci dəqiqədə əvəzləndi.

Bu hal ilk dəfə mövsümün startında yaşanmışdı. İlk iki turda əsas heyətdə meydana çıxan kapitan sonra üzun müddət ehtiyat skamiyada oturmalı olmuşdu.

Aradakı zaman kəsiyində 7 oyunda 1 dəqiqə belə şans qazanmayan sabiq milli üzvü digər 5 matçda isə üst-üstə cəmi 155 dəqiqə oynamaq imkanı qazanmışdı.

Maraqlıdır, mövsümün əvvəli böyük ümidlər bəslənən, əsas lider oyunçulardan hesab olunan Rahid niyə bu mənzərə ilə qarşı-qarşıya qalıb?

Fiziki problem yaşayır, yoxsa başqa səbəb var? Suallarımıza cavab olaraq 33 yaşlı yarımmüdafiəçi bunları deyib:

“Düzdü, uzun müddətdən sonra ötən tur 90 dəqiqə oynadım. Özümü yaxşı hiss edirəm. Fiziki cəhətdən də heç biri problemim yoxdur.

Oynamamağıma zədə və ya başqa nəsə səbəb deyil. Bu, sadəcə, baş məşqçinin qərarı idi.

Bunu hər zaman bildirmişəm ki, nə zaman ehtiyac görülsə komandam üzün əlimdən gələni etməyə hazıram”.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"