Baş sponsor istefaya göndərdiyi baş məşqçini təriflədi, Qurbanova dəstək verdi

12 Avqust 2022 14:40 Səbail 1 258
Baş sponsor istefaya göndərdiyi baş məşqçini təriflədi, Qurbanova dəstək verdi

«Xəzər Dəniz Gəmiçiliyi»nin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyev «Səbail»dən gözləntilərini açıqlayıb.

O, ASCO-nun baş sponsoru olduğu klubda keçirdiyi toplantıda bu barədə fikirlərini bildirib.

Deyib ki, yeni mövsüm «dənizçilər» üçün uğurlu olmalıdır, çünki bunun üçün komandaya istənilən şqərait yaradılıb.

«Aftandil Hacıyev yaxşı məşqçi və yaxşı insan kimi yadımda qalıb» cümləsini işlədən R.Vəliyev klubun idarəçilərinə yeni baş məşqçi Mahmud Qurbanov köməklik göstərilməsini tapşırıb.

İdarə Heyətinin sədri «mən ona inanıram və bundan sonra çox şey futbolçulardan asılıdır» söyləyib.

«Səbail»in bir nömrəli şəxsi qeyd edib ki, büdcədə edilən yüksək artım nəticələrdə öz əksini tapmalıdır və o, heç bir halda uğursuzluğu qəbul etməyəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı