Müqaviləsi yeniləndi, maaşı artırıldı, tələb olundu ki...

14 May 2022 09:40 Səbail 1 360
Müqaviləsi yeniləndi, maaşı artırıldı, tələb olundu ki...

«Səbail» Aftandil Hacıyevlə müqavilənin müddətini dünən yenilədi.

2018-ci ilin yayından iş başında olan 41 yaşlı mütəxəssis daha 1 il Bayıl klubunu çalışdıracaq.

Növbəti sözləşmə 2023-cü ilin yayınadək nəzərdə tutulub. Bu anlaşmaya əsasən, «dənizçilər»in rəhbərliyi baş məşqçinin əməkhaqqısını artırıb.

Eyni zamanda, onun qarşısına qoyulan tələb də yüksəldilib. Hacıyev növbəti mövsüm Premyer Liqada 4-5-ci pillələr uğrunda mübarizə aparan komanda formalaşdırmalıdır.

SPORTİNFO.AZ

Xəbər Lenti
13 Oktyabr 20:00 Budur, Ukrayna?
13 Oktyabr 18:10 Çək və bizə göndər!
13 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM