“Komandada dəyişiklər olacaq” – Yeni müqavilə imzalayan “koç”

13 May 2022 20:40 Səbail 787
“Komandada dəyişiklər olacaq” – Yeni müqavilə imzalayan “koç”

“Müqaviləmin müddəti uzadıldı, bunun üçün çox şadam”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Aftandil Hacıyev deyib.

"Səbail" baş məşqçisi ilə müqavilənin müddətini uzadıb. 41 yaşlı mütəxəssislə 2023-cü ilin yayınadək sözləşmə imzalanıb.

2018-ci ildən "dənizçilər"ə rəhbərlik edən A.Hacıyev rəqabətədavamlı komanda yaratmaq istədiklərini bildirib:

“Klubla əvvəlki müqaviləm 1+1 illik nəzərdə tutulmuşdu. Yəni, tərəflərdən biri müddətin uzadılmasına razı olsaydı, müqavilənin ikinci bəndi avtomatik qüvvəyə minəcəkdi.

Klub rəhbərlyi ilə görüşlərimiz bu mənada yaxşı keçdi. Hamımızı maraqlandıran məsələ kollektivə yaradılan şəraitdir.

Kluba nə şərait yaradılacaq və qarşımıza qoyulan tələb nə olacaq?

Sevindirici haldır ki, sponsorlar “Səbail”ə diqqəti yenidən artırıb. Günlük fəaliyyətimizlə yaxından maraqlanırlar.

Maliyyə məsələləri vaxtında həll olunur. Stadion və bazada bir çox problemlər var idi, onlar da yoluna qoyulur. Biz bu qayğını görür və sevinirik.

Yaxşı komanda formalaşdırmağa çalışacağıq. Mövsüm başa çatsın, seleksiya işinə başlayacağıq. Müəyyən dəyişiklər olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti