“AFFA-ya bununla bağlı müraciət etmişik, indi cavab gözləyirik”

23 Yanvar 20:40 Səbail 696
“AFFA-ya bununla bağlı müraciət etmişik, indi cavab gözləyirik”

“Bu ildən ev oyunlarını Mərdəkanda keçirmək istəyirik”.

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Sportinfo.az-a açıqlamasında belə deyib.

“Dənizçilər”in çalışdırıcısı “ASCO Arena”da oynamağın təhlükəli olduğunu bildirib:

“Bayıldakı stadionun vəziyyəti hər kəsə məlumdur. Süni qazon tamamilə yararsız hala düşüb.

Meydança elə vəziyyətə düşüb ki, onun üzərində addım atmaq belə, təhlükəlidir. Qazon qat-qat olub, səthi dağılıb.

Bir çox yerdə beton üzə çıxıb. AFFA-ya bununla bağlı müraciət etmişik, indi oradan cavab gözləyirik.

Yeganə alternativ yer “Dalğa Arena”dır. Hazırda burada təlim-məşq toplanışı keçirik, baza və meydança əladır, özümüzü komanda kimi hiss edirik.

Təbii meydançada məşq etmək əladır. Bilirik ki, müxtəlif yaş qrupları üzrə yığma komandalar tez-tez “Dalğa Arena”da məşq keçir. Buranın qrafiki sıxdır.

Yəqin AFFA araşdırır ki, bizim burada məşq və oyun keçirməyimiz üçün qrafikdə boş vaxt olacaq, ya yox.

Bayıldakı stadionumuzun nə vaxt təmirə bağlanacağını, bir də nə vaxt açılacağını hələ bilmirik”.

Digər Xəbərlər
Xəbər Lenti