“Aramızda razılaşma var, ona başqa bir təklif gəlsə…”

22 Yanvar 2022 14:00 Səbail 734
“Aramızda razılaşma var, ona başqa bir təklif gəlsə…”

“Səbail”in futbolçusu Turan Manafovun “Olimpiakos” keçidi rəsmiləşib.

24 yaşlı müdafiəçi Yunanıstanın 2-ci liqada çıxış edən Volos təmsilçisinə icarəyə verilib.

O, 2021/2022 mövsümünün sonunadək bu komandanın formasını geyinəcək.

2019-cu ildən “Səbail”də oynayan Manafovla Bakı təmsilçisi dünən müqaviləni daha 1 illiyə uzadıb. O, 2023-cü ilin yayına qədər hazırkı klubuna məxsusdur.

T.Manafovuin meneceri İlkin Əliyev Sportinfo.az-a bildirib ki, onun yeni sezona da xaricdə başlaması variantı var:

“Səbail”lə aramızda bununla bağlı razılaşma var. Turana yayda başqa bir Avropa klubundan da təklif gələ bilər.

Hələlik “Olimpiakos”da çıxış edəcək. Dörd aydan sonra gələcək təkliflərə baxacağıq.

Turanın fikri legioner həyatı yaşamaqdır. Ona başqa yerdən dəvət gəlsə, “Səbail” öz köməkliyini göstərəcək”.

Digər Xəbərlər
Xəbər Lenti