Azərbaycan millisinin müdafiəçisi Rüfət Abbasov UEFA Millətlər Liqası D2 qrupunun Litva ilə matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.
Sportinfo.az 21 yaşlı sol cinah müdafiəçisinin fikirlərini diqqətinizə çatdırır:
"Bizi olduqca çətin oyun gözləyir. Yalnız qələbə barədə düşünürük.
Komanda olaraq yaxşı hazırlaşmışıq. Sabah qələbə qazanmalıyıq".
Azərbaycan - Litva qarşılaşması sabah "Palms Sports Arena"da keçiriləcək və saat 17:00-da start götürəcək.
