Azərbaycanlı futbolçu bu ölkəyə getdi – Problemi həll olundu?

14 Yanvar 2022 12:40 Səbail 1 269
Azərbaycanlı futbolçu bu ölkəyə getdi – Problemi həll olundu?

"Səbail"in futbolçusu Turan Manafovun "Olimpiakos Volos"a transferi rəsmiləşir.

Sportinfo.az "Taxydromos" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı cinah müdafiəçisi viza problemini həll edərək Yunanıstana yola düşüb.

O, tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayacaq.

Turan Manafov 2019-cu ildən "Səbail"də çıxış edib. 2-ci liqada mübarizə aparan "Olimpiakos Volos" 10 oyundan sonra 9 xalla 17 komanda arasında 15-ci pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Aprel 07:40 Ömrü uzadan 10 qida