“Onları bizə verən deyillər, bəlkə sərbəst olan kimisə tapdıq”

12 Sentyabr 2021 17:00 Səbail 867
“Onları bizə verən deyillər, bəlkə sərbəst olan kimisə tapdıq”

“Bundan sonra legioner gətirməyəcəyik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail”in baş məşqçisi Aftandil Hacıyev deyib.

Son olaraq fransalı hücumçu Nikolas Rayseli sıralarına qatan “dənizçilər” bununla xarici bazarda axtarışlarını başa vurub. Bayıl təmsilçisi qarşıdakı günlərdə yalnız yerli gənc istedad axtarışında olacaq:

“Maraq dairəmizdə olan yerlilərin demək olar hamısının klubları ilə müqaviləsi var. Onları bizə verən deyillər.

Bəlkə sərbəst olan kimisə tapdıq. Baxaq görək, bizə uyğun kim var. Qarşımıza yaxşı cavan çıxsa, onu komandaya götürərik.

Indi əsas diqqəti həm də əvəzedici komandaya yönəltmişik. “Dubl” diqqətimizdədir və oradakı uşaqlarla yaxından maraqlanırıq”.

Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM