"Səbail"in əcnəbisi milliyə çağrıldı

26 Avqust 2021 20:20 Səbail 547
"Səbail"in əcnəbisi milliyə çağrıldı

“Səbail”in yarımmüdafiəçisi Şimkus Domantas Litva millisinin DÇ-2020-nin seçmə mərhələsindəki növbəti matçları üçün yığmaya çağırılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı yarımmüdafiəçi Şimali İrlandiya, Bolqarıstan və İtaliya milli komandalarına qarşı keçiriləcək oyunlar üçün yığmaya dəvət alıb.

Litva sentyabrın 2-si Şimali İrlandiya, 5-i Bolqarıstan, 8-i isə İtaliya ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti