Niderland və Belçika qələbə qazandı - Bakıdakı Avropa çempionatında

04:10 Voleybol 73
Niderland və Belçika qələbə qazandı  - Bakıdakı Avropa çempionatında

Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda iki oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, günün ikinci matçında Niderland İspaniyanı məğlub edib.

Milli Gimnastika Arenasında gerçəkləşən qarşılaşma 3:0 (25:13, 25:11, 25:16) hesabı ilə yekunlaşıb. "Narıncılar" daha əvvəl Portuqaliya (3:0) və Rumıniyaya (3:2) qalib gəlib.

Günün ilk matçında Belçika Rumıniyanı məğlub edib - 3:0.

C qrupunun oyunları Milli Gimnastika Arenasında avqustun 28-dək təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!