“Mançester Yunayted”in hücumçusu karyerasını harada davam etdirəcək?

26 Avqust 03:30 İngiltərə 466
“Mançester Yunayted”in hücumçusu karyerasını harada davam etdirəcək?

“Mançester Yunayted”in hücumçusu Coşua Zirkze karyerasını “Aston Villa”da davam etdirə bilər.

Sportinfo.az “The Sun”-a istinadən xəbər verir ki, Birmingem təmsilçisi Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçməyə qərar verən Olli Uotkinsi əvəzləmək üçün niderlandlı futbolçunu namizədlər siyahısına daxil edib.

“Aston Villa” artıq Zirkzenin mümkün transferini müzakirə etmək üçün “Mançester Yunayted”lə əlaqə saxlayıb.

Bununla belə, klub üçün hücum xəttinə əsas prioritet “Çelsi”nin futbolçusu Nikolas Cekson olaraq qalır.

“Mançester Yunayted” hələlik 25 yaşlı Zirkzenin ayrılmasına razılıq verməyib. Hücumçuya İtaliya klublarından da maraq var. “Transfermarkt” onun dəyərini 20 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM