"Lill" klubu "Real"ın yarımmüdafiəçisi Tiaqo Pitarcın transferi üçün cəhd göstərib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa klubu ispaniyalı futbolçunu "Mançester Siti"yə keçməyə yaxın olan Ayyub Buaddinin əvəzləyicisi kimi nəzərdən keçirib.
Lakin "Real" "Lill"in təklifini rədd edib və yarımmüdafiəçini satmaqdan imtina edib.
Pitarc 2025/26 mövsümündə Madrid klubunun heyətində La Liqada 10 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.
