“Zirə”nin sabiq futbolçusu Salifu Suma “Panetolikos”a transfer olunub.
Sportinfo.az xəbər verir ki, Qvineya millisinin üzvü İsveçin “Malmö” klubundan icarə əsasında Yunanıstan təmsilçisinə keçib. Müqavilə 2027-ci ilin iyununa qədər nəzərdə tutulub.
22 yaşlı vinger futbolçu karyerasına Qvineyanın “Kalum” klubunda başlayıb. Daha sonra Fransanın “Bastiya” və “Havr” komandalarında çıxış edib.
Suma 2023-cü ildə “Zirə”yə transfer olunub. O, ötən ilin yayında “Malmö”yə keçib, son altı ayı isə icarə əsasında Polşanın “Radomyak” klubunda keçirib. Futbolçu Qvineya millisində də çıxış edir.
Suma 2023-2025-ci illərdə “Zirə”nin formasını geyinib. Qvineyalı futbolçu Bakı klubunun heyətində bütün turnirlərdə 81 oyuna çıxaraq 18 qol vurub.
