“Çelsi”nin hücumçusu Liam Delap yaxın zamanda “Nottingem Forest”ə keçə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “meşəçilər” 23 yaşlı forvardın transferi üçün 50 milyon avro ödəyəcək.
Tərəflər razılığa gəldiyi təqdirdə, Delap “Nottingem Forest”lə müddəti 2031-ci ilə qədər olan müqavilə imzalayacaq.
“Çelsi” Delapı ötən yay transfer edib. İngiltərə millisinin üzvü London klubunun heyətində bütün turnirlərdə 47 matçda meydana çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə verib.
“Transfermarkt” portalı Delapın dəyərini 28 milyon avro qiymətləndirir.
