Argentina millisinin və “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandesə “Mançester Siti”nin marağı davam edir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər ki, “şəhərlilər” argentinalı futbolçunun transferi üçün rəsmi təklif hazırlayır.
Klub transfer pəncərəsi bağlanana qədər Fernandeslə müqavilə imzalamağa ümid edir.
“Çelsi” isə təklif olunacaq təzminat məbləği onları qane edəcəyi halda, futbolçunun satışına razılıq verə bilər.
Daha əvvəl 25 yaşlı yarımmüdafiəçinin 140 milyon avro dəyərində qiymətləndirildiyi bildirilib.
Enzo Fernandes 2025/26 mövsümündə bütün turnirlərdə 54 oyuna çıxıb, 15 qol vurub və 7 məhsuldar ötürmə verib.
